Avstriya vətəndaşında superqonoreya aşkarlanıb.
Bu ştam 90% antibiotiklərə davamlıdır, müalicəyə tabe olmur.
Bakupost.az xəbər verir ki, əgər yeni variant cinsi yolla yayılarsa, bundan sonra qonoreya müalicə olunmayan xəstəliyə çevriləcək.
Bu barədə Avropanın bir neçə elmi, tibbi mərkəzləri xəbərdarlıq edib.
Avstriyada uroloji xəstəxanaya müraciət edən 50 yaşlı kişi xəstə ağrılı sidik ifrazı və uretradan axıntı şikayəti ilə gəlmişdi.
Pasiyentin sözlərinə görə, o Kombociyada səfərdə ikən yerli qadınlardan biri ilə qorunmadan cinsi əlaqədə olub.
Kişidə Neisseriya qonoreyası aşkarlanıb, bu ştamm əvvəllər məlum deyildi.
Superqonoreya antibiotiklərə super rezisdentlik nümayiş etdirib: seftriakson, sefiksim və tetrasiklin, azitromisin infeksiyaya təsir etməyib.
Aygün Musayeva
BakuPost