Tibbin ən çətin və bu gün ən çox tələb olunan sahəsi transplantalogiyadır.
“Medicina” xəbər verir ki, bu vaxta qədər tibb tarixində iz qoymuş 4 unikal əməliyyatı təqdim edir.
Yeni qollar. Belə bir əməliyyat sklerodermalı xəstədə aparılmış hər iki əlin əllərinin transplantasiyasıdır. Böyük Britaniyada 47 yaşlı Stiven Qallagerin sklerodermiya səbəbindən dərisində və bədəninin daxilində çapıqlar əmələ gəlməyə başlayıb, əlləri hərəkət qabiliyyətini itirib və yumruq kimi sıxılıb, əlavə olaraq şiddətli ağrıları olub.
Həkimlər ona qoşa əl transplantasiyası təklif ediblər. Təəccüblü olsa da razılaşan Stiven 2021-ci ilin dekabrında 12 saatlıq əməliyyat keçirib. Xəstəyə əllər ölmüş insandan köçürülüb. Əməliyyatdan qısa müddət sonra Stiven yenidən hər iki əlindən istifadə edə bilib.
Bərpa edilmiş üz.
Daha bir unikal əməliyyat 2015-ci ildə ABŞ-da həyata keçirilib. Xəstə 2001-ci ildə çoxsaylı yanıqlar alan amerikalı yanğınsöndürən Patrick Hardison idi. O, praktiki olaraq üzünü itirmişdi. 70 plastik əməliyyat keçirməsinə baxmayaraq, üzünü bərpa edə bilməmişdi. Patrik tamamilə yeni üz köçürməyi təklif edən cərrah Eduardo Rodriges bunun öhdəsindən gəlib.
Transplantasiya 26 saat davam edib: bu müddət ərzində kişiyə qulaqları, çənəsi, yanaqları, göz qapaqları və burnu ilə birlikdə yeni üz də köçürülüb. O, normal görməyi, gözünü qırpmağı, yemək yeməyi və udmağı bacarıb.
Transplantasiya edilmiş penis. ABŞ da döyüş veteranına 2015 – ci ildə həyata keçirilib. Xəstə sünnət əməliyyatı zamanı penesini itirmişdi. Əməliyyat çox uğurlu keçib. Hətta uğurlu reablitasiyadan sonra kişinin xanımı hamilə belə qalıb.
Donuz ürəyi transplantasiyası. 2022-ci ilin yanvarında həqiqətən unikal bir əməliyyat baş tutdu. 57 yaşlı David Bennettə donuz ürəyi köçürüldü. Heyvanın genomunda edilən dəyişikliklər insanlar tərəfindən orqanın rədd edilməsi riskini azaltmaq məqsədi daşıyırdı.
Həkimlər heç bir zəmanət verməmişdilər. Xəstə əməliyyatda sonra 2 ay yaşadı. Buna baxmayaraq, bu metod gələcəyə yeni ümid yaratdı.
Günay Quluzadə