Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi xidmətlərə görə daha 1 il ƏDV olmayacaq

  • 2022.01.13 15:33
  • 1401 Baxış
Tibbi xidmətlərə görə daha 1 il ƏDV olmayacaq

Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.


Medicina.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.