Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi sığortadan istifadəyə süni əngəllər yaradılır - Millət vəkili

  • 2023.11.13 16:36
  • 1539 Baxış
Tibbi sığortadan istifadəyə süni əngəllər yaradılır   - Millət vəkili

Bütün qurumlara İcbari tibbi Sığorta Fondunun vəsaitlərinə çıxış üçün eyni şərait yaradılmı


"Medicina" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Məmmədli deyib.


"Publik hüquqi şəxslər kimi çevik və korporativ idarəçilik formasına keçmədiyinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər. Publik hüquqi şəxslər şəklində fəaliyyət göstərən tibb müəssisələrində idarəetmə və qeyri-tibb işçilərinin həm sayının artması, həmdə yüksək maaşlar verilməsi bu müəssisələrdə rentabelliyin aşağı düşməsinə səbəb olub. Bəzi hallarda idarəetmə personalının maaşının yüksək, lakin baş həkimlərin maaşlarının isə aşağı olması səmərəlilik prinsiplərinə uyğun gəlmir. Bu da narazılığa səbəb olur.

Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlir. Səhiyyə idarəetməsi və tibb xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır.

Bütün qurumlara İcbari tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.


Aygün M,