Gələn ildən icbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq.
"Medicina" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, hazırda bir sıra xəstəliklər üzrə limit mövcuddur:
"Hazırda fizioterapiya xidmətləri 26 növdədir. İl ərzində isə 10 prosedur pulsuzdur. Koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limiti mövcuddur. Növbəti ildə bu rəqəmin oynaqdaxili əməliyyatlar üçün 1200 olacağı gözlənir. Çünki bu xəstəliklər üzrə müraciət sayı çoxdur".