Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi maskanın ləğvi yoluxmanı artıracaqmı? - Həkimdən cavab

  • 2022.04.22 17:50
  • 3349 Baxış
Tibbi maskanın ləğvi yoluxmanı artıracaqmı?   - Həkimdən cavab

“Böyük ehtimalla karantin tədbirlərinin digər tələbləri – COVID-19 pasportu da ləğv ediləcək”.

Medicina.az xəbər verir ki, bunu oxu.az-a Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Nazirlər Kabinetinin qərarına əsasən, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbinin ləğvinə münasibət bildirərkən deyib.

O bildirib ki, ictimaiyyət karantin rejiminin qaldırılması istiqamətində təşəbbüs irəli sürür:

“Tibbi maskanın ləğvi yoluxman sayının artımına təsir göstərə bilməz. Çünki insanlarda immunitet formalaşıb. Onların bir qismi virusa bir neçə dəfə yoluxaraq təbii immunitet qazanıb, digər qismi isə onlarla təmasda olmaqla yüngül keçirib və immunitet formalaşdırıb. Odur ki, heç bir artım gözlənilmir”.

Ə.Rüstəm onu da qeyd edib ki, bu məsələdə uşaqlar da risk faktoruna aid deyil:

“Mən özüm də karantin rejiminin ləğvinin tərəfdarıyam, düşünürəm ki yaxın zamanda belə də olacaq”.