"Xarici istehsalçılar tibbi maskanl baha satır. Yerli idxalçılar da onlardan məhsulu baha alaraq ölkəyə gətirir və satışa çıxarır".
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Bununla belə, onun sözlərinə görə, ölkə daxilində tibbi maskanın qiyməti 30 qəpikdən baha ola bilməz: "Çünki idxalçılarla dövılət arasında razılaşma var. İdxal və satış qiymətləri arasındakı fərqli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ödəyir".
Qeyd edək ki, hazırda hər gün ölkənin apteklərinə 450 min maska paylanılır.