Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi klinikanın xidmətindən zərərçəkən qadın məhkəməyə müraciət etdi

  • 2018.03.27 10:50
  • 12096 Baxış
Tibbi klinikanın xidmətindən zərərçəkən qadın məhkəməyə müraciət etdi
Nərimanov rayonunda yerləşən "Endokrin Mərkəz”in müştərisi olmuş qadın məhkəməyə müraciət edib.

 

Medicina.az-ın məlumatına görə, Ağayeva Ruhanə Ağaməmməd qızı "Endokrin” MMC-ni məhkəməyə verərək onlardan 1000 manat maddi, 6000 manat isə mənəvi ziyan tələb edib. Nərimanov rayon məhkəməsində iddiası təmin olunmayan qadın Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 28-də hakim Azad İmanovun sədrliyi ilə R.Ağayevanın apellyasiya şikayətinə baxılacaq. 


"Endokrin Mərkəz”in direktoru Sadiq Bəbirov qadının onlardan şikayətçi olduğunu təsdiq edərək bildirib ki, "Ruhanə Ağayeva analizlərə 100 manat pul ödəsə də, dəymiş ziyanını 1000 manat qiymətləndirib. Həmçinin yüksək məbləğdə mənəvi ziyan iddiası qaldırıb. Onun bədənində yod çatışmazlığı var, bizim həkimlər də ona lazımi müalicə ediblər. Ancaq o, xidmətdən narazı qalaraq məhkəməyə müraciət edib. Bizdə qarşılıqlı iddia qaldırmışıq. Hər şey məhkəmə çəkişmələrinin sonunda bəlli olacaq”.(ölkə.az)