Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbdə yeni Hepatit növü aşkarlandı - Siçanlardan keçib

  • 2018.10.02 17:59
  • 10367 Baxış
Tibbdə yeni Hepatit növü aşkarlandı -  Siçanlardan keçib

Honkonq Universitetinin alimləri məlumat verib ki, tibbdə ilk dəfə olaraq insanın siçanlarda olan Hepatit E tipinə yoluxması hadisəsi baş verib.


Medicina.az xəbər verir ki, əvvəllər hesab olunurdu ki, siçan hepatiti insana keçə bilməz, çünki bu virus insanda olan hepatit virusundan uzaqdır, fərqlidir. Lakin reallıq alimlərin ümidlərini puç etdi. 




Xəstəlik 1 ay öncə 56 yaşlı kişidə aşkarlanıb. Alimlərin fikrincə, insan siçan toxunmuş və siçan nəcisi dəymiş qidalardan E hepatitinə yoluxa bilər. Pasiyentin yaşadığı ərazidə, evinin yanında siçanların aktivliyi də müşahidə olunub. 




Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hepatit E-nin insan tipi qaraciyərin yayılmış problemidir və çirkli su ilə yoluxur. 

Amma siçan hepatitinin insana keçməsi E hepatiti ilə mübarizədə səhiyyənin qarşısında daha bir təhlükədir. 




Hazırda Honk Konqda gəmiricilərin artımı və aktivliyi müşahidə edilir. Rütubətli və isti hava onların sürətlə çoxalıb yayılmasına səbəb olur. Belə olan halda xəstə siçanların insana və qidaya çox yaxın olması ilə yoluxuculuq riski daha da artır.



Tibbdə yeni Hepatit növü aşkarlandı -  Siçanlardan keçib