Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbdə ilk: insana qaraciyər donuzu köçürüldü

  • 2025.03.28 10:11
  • 366 Baxış
Tibbdə ilk: insana qaraciyər donuzu köçürüldü

Çində tarixdə ilk dəfə olaraq insana donuz qaraciyəri köçürülüb. Donuz qaraciyəri xəstənin bədənini 10 gün ərzində öd və albuminlə təmin edib.


“Medicina” xəbər verir ki,Hərbi Tibb Universitetinin çinli alimləri geni dəyişdirilmiş donuzdan geri dönməz komada olan xəstəyə ilk eksperimental qaraciyər transplantasiyasını həyata keçiriblər.


Orqan altı geni redaktə edilmiş miniatür donuzdan götürülüb. Resipient beyin funksiyasının geri dönməz itkisi diaqnozu qoyulmuş, həyatı tibbi avadanlıqla dəstəklənən bir şəxs idi.

Təcrübə 10 gün davam etdi və subyektin ailəsinin istəyi ilə dayandırıldı.
Müşahidə müddətində transplantasiya edilmiş qaraciyər normal fəaliyyət göstərərək öd və albumin istehsal edirdi.


Donuzlar ksenotransplantasiya (növlər arasında orqan transplantasiyası) üçün optimal donor hesab edilir. Onların anatomiyası və fiziologiyası insanlara yaxındır və genetik modifikasiya rədd edilmə riskini azaldır.

Tədqiqat müəllifləri əlavə ediblər ki, donuz qaraciyəri insan qaraciyərindən çox daha az öd və albumin istehsal edir. Texnologiyanı təkmilləşdirmək üçün 10 gündən çox davam edən yeni təcrübələr tələb olunacaq.


Aygün Musayeva