Hindistanda Ram xəstəxanasında tibb tarixində nadir ağır əməliyyat baş tutub.
"Medicina" xəbər verir ki, 77 yaşlı qadının bütün qarın boşluğunu tutan nəhəng şiş çox çətinliklə xaric edilib.
Şiş boşluğunun bütün daxili orqanları sıxıb. Şişin çəkisi 14 kiloqram, ölçüsü 80 sm olub.
6 saatlıq əməliyyatdan sonra şişin liposarkoma olduğu məlum olub.
Bu xərçəng qarın boşluğunda yağ toxumasında inkişaf edir.
Şişin azı 15 il əvvəldən yarandığı bildirilir.
Aygün
Aygün Musayeva