Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb və uzmanlıq təhsili üçün böyük bir ocaq: Niyə Başkent Universiteti? - MÜSAHİBƏ/VİDEO

  • 2021.04.12 15:06
  • 8634 Baxış
Tibb və uzmanlıq təhsili üçün böyük bir ocaq: Niyə Başkent Universiteti? -  MÜSAHİBƏ/VİDEO
Başkent Universiteti Türkiyədə tərkibində tibb fakültəsi olan ilk vəqf universitetidir. 1994-cü ildə dünyaca məşhur transplantoloq Mehmet Haberal tərəfindən təsis edilib. Hacettepe Universitetindən sonra ikinci ən böyük, eyni zamanda çox sayda həkim və uzman təhsili verən ali təhsil ocağıdır.

Medicina.az universitetin rektor yardımçısı, professor doktor Abdulkadir Varoğlu ilə müsahibə alıb. Azərbaycanlı tələbələr, eləcə də uzmanlıq dərəcəsi almaq istəyən həkimlər üçün maraqlı informasiyalarla zəngin olan həmin müsahibəni təqdim edirik:

- Abdulkadir doktor, Başkent Universitetinin əsas özəlliyi, üstünlükləri hansılardır? Burada tibbi təhsil almaq istəyənlərə hansı şərait yaradılıb və oları nələr gözləyir?

- Başkent Universiteti tibb fakültəsinin akademik proqramlarında 1000 üzərində tələbə yetişdirmək imkanına malikdir. Bu gün Türkiyədə ali təhsil sistemində belə bir imkana Hacettepe Universitetindən sonra Başkent Universiteti sahibdir.

Digər önəmli özəlliyi ondan ibartədir ki, 6 illik təhsilin 3 ili burda kampusda və təməl tibb üzərindən keçirilir. Ondan sonra 3 il xəstəxanalarda və klinik araşdırmalarda, laboratoriyalarda təcrübədə keçirilir.

Bu, akkreditə olunmuş proqramdır və beynəlxalq dövlətlər arası qəbul edilmiş bir təhsil formasıdır.



Daha önəmli bir məqam - Ankaradan kənarda, İstanbulda, İzmirdə, Konya, Alanya və Adanada uyğulama araşdırma klinik mərkəzlərimizin olmasıdır. Orada tələbələrimiz və doktorlarımız tibb elminə töhfə verəcək işlərə imza atıb, öz elmi işlərini həyata keçirib, doktorluq müdafiələrini edə bilərlər.

Uzmanlıq təhsilimizdə fərqimiz mərkəzlərimizin sıxlığı və çoxluğu ilə bağlıdır. Digər tibb fakültəsinə getdikdə bir tələbə 30 assistantla maraqlanmalı olduğu halda, bizdə bir tələbə 1-2 assistantla birəbir çalışmaq imkanı əldə edir.

İngiliscə də tibb proqramımız var. Bu, xüsusən xaricdən gələn tələbələr üçün əhəmiyyətlidir. Diş həkimliyi, sağlıq elmləri, dil-ədəbiyyat kimi tibb fakültəsini dəstəkləyən çox çeşidli ayrı əlavə proqramlarımız da var. Məsələn, sağlıq elmləri fakültəsi Türkiyədə ilk dəfə yenə də Mehmet hocamız (Mehmet Haberal – red.) tərəfindən qurulmuş bir fakültədir. Bunun içərisində fizioterapiya-reabilitasiya, sosial xidmətlər, qidalanma və dieta, tibb bacısı bölümləri vardır.

Bizim universitetin nəzdində sağlıq xidmətləri, məslək, yüksək təhsil məktəbləri vardır ki, burada 2 illik tibb təhsili verilir. Burada 8 fərqli proqram var, tibbi texniki işçilər yetişdirilir. Məsələn, patoloji texnikləri, təcili yardım texniki heyəti... Bunlar da tibb fakültəsini və təhsilini dəstəkləyən əlavə proqramlardır.

Yəni gördüyünüz kimi, Başkent Universitetində tibbə, sağlığa, səhiyyəyə aid çox sayda çeşidli ixtisaslarda lazım olan personalı oxudub yetişdiririk.

- Azərbaycandan bu universitetə maraq böyükdürmü? Hazırda azərbaycanlı tələbələrin sayı nə qədərdir?

- Qardaş ölkədən bizə müraciət edən lərin sayı kifayət qədərdi. Əlbəttə, istərdik bu say daha çox olsun. Gəlsinlər, öyrənsinlər, qayıdıb öz ölkələrinə daha çox fayda versinlər. Bu gün üçün 38 azərbaycanlı tələbəmiz var. Tibb fakültəmiz elə ən çox Azərbaycandan tələbə qəbul edir.



Bunun üçün lisey və orta məktəb sonrası bura qəbul olub, tam 6 ilini burada oxuyub, başa vurması lazımdır. Lakin bu tək alternativ deyil, həmçinin Azərbaycanda tibb təhsilini tamamlayıb, uzmanlıq üçün də bura gələ bilərlər.

- Bu ilki qəbulda hər hansı dəyişiklik varmı? Tələbələr bura hansı şərtlərlə qəbul olunur?

- Bu il üçün qəbul müraciəti mart ayında açılıb. İnternet saytımız üzərindən bura gəlmədən onlayn müraciət etmək imkanı var. 6 seçim edə bilərlər. Pandemiya səbəbindən qeydiyyat işlərini də uzaqdan rahatlıqla həll edə bilərlər.
Uzmanlıqla bağlı Qazaxıstanın səhiyyə sistemini başdan-ayağa biz revizə etmişik. Yəni orda uzmanlıq sistemini Başkent Universitetindəki uzmanlıq təhsili ilə eyniləşdirmişik. Ona görə ordan olan tələbələr bura gəlmədən rahatlıqla öz ölkələrində Türkiyədəki ilə eynilik təşkil edən uzmanlıq təhsilini və ixtisasını alır.

Azərbaycanda uzmanlıq dərəcələri, təhsili şərtləri bir qədər fərqlidir. Ona görə orda ali təhsili bitirdikdən sonra uzmanlıq üçün Başkentə gələ bilərlər.

Başkent Universitetinin klinik tədqiqat mərkəzlərində kliniki araşdırmaların aparılması üçün də Azərbaycandan olan qonaqlarımıza şərait yarada bilərik. Müraciət etdikdən sonra onların göstəricilərini elmi rəhbərlərinə təqdim edirik, rəhbərlər bunu dəyərləndirir, rəy verdikdən sonra bura dəvət edirik. 1 həftədən 6 aya qədər davam edən özəl araşdırma imkanları yaradılır. Burda da mövzu üzrə elmi rəhbərlər olur. Məsələn, universitetdə təcrübə heyvanlarının yetişdirilməsi ilə özümüz məşğul oluruq. Bu heyvanların olması klinik araşdırmalar, təcrübələr üçün vacib şərtdir.

Bu heyvanlar üzərində araşdırma aparan laboratoriyamız da var. Laboratoriyamız ən müasir cihazlar ilə təchiz olunub.

- Başkent Universitetinin diplomu beynəxalq səviyyədə tanınırmı və həkimlər istənilən ölkədə çalışa bilərmi?

- Azərbaycanda bizim Başkent Universitetinin tibb fakultəsinin diplomu keçərlidir və buranı bitirib orda doktor işləyə bilərlər.
Universitetimiz Avropada akreditasiyadan keçmiş universitetdir, buna görə məzunlarımız Avropada da işləyə bilirlər. Universitet beynəlxalq arenada həm Avropa Kredi Transfer Sistemi, həm də diplom baxımından tanınır.

Bizim qurucumuz Mehmet Haberal dünyada bizim vizit kartımızdır.

Aygün Musayeva
Medicina.az
Ankara, Başkent Universiteti