Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.
Medicina.az xəbər verir ki, bu il bu mükafatı amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco əldə edib.
Onlar xərçəngin müalicəsində yeni immun terapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 2-i fizika, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatları təqdim olunacaq.