Tibb üzrə Nobel onlara verildi

  • 2024.10.07 17:42
  • 76 Baxış
Tibb üzrə Nobel onlara verildi

Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub.

"Medicina" xəbər verir ki, 2024-cü ilin laureatları elan edilib.

Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki rolunun öyrənilməsinə görə layiq görülüblər.

Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb Məktəbinin professorudur.

Gary Ruvkun isə 1952-ci ildə Kaliforniya ştatının Berkeley şəhərində doğulub. Genetika üzrə professordur. Harvard Tibb Məktəbində çalışır.

MEDİCİNA.AZ