Hazırda Stokholmda Nobel mükafatının mərasimi həftəsi keçirilir.
Ənənəyə görə ilk mükafat tibb və fiziologiya elmi üzrə sahiblərinə verilir.
Medicina.az xəbər verir ki, bu ilki mükafatı Harvi Olter, Maykl Hauton, Çarlz Reys hepatit C-nin kəşfinə görə əldə etdilər.
Bu icad imkan verdi ki, virusun qanla necə yoluxması aydınlaşsın.
“Tibb tarixində ilk dəfə hepatit C-ni müalicə etmək mümkün oldu. Alimlərin araşdırması xroniki hepatitin səbəblərini və qanla yoluxma prosesini aşkar etməyə imkan verdi və nəticədə bu virusun analizi və yeni dərmanlarının tapılması ilə minlərlə xəstənin sağalmasına nail olundu”.