Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb üzrə Nobel mükafatını Covid vaksinini kəşf edənlər aldı

  • 2023.10.02 14:56
  • 1505 Baxış
Tibb üzrə Nobel mükafatını   Covid vaksinini kəşf edənlər aldı


2023-cü il Tibb üzrə Nobel mükafatı lauretları Pfizer və Moderna vaksinlərinin tədqiqatçıları oldu.\


“Medicina” xəbər verir ki, biokimyaçılar Katalin Kariko və amerikalı Dryu Baysman mPHK əsaslı vaksinlərin icadına görə mükafata layiq görülüb.

Məhz onların kəşfi pandemiya zamanı kovidə qarşı effektiv Pfizer və Moderna peyvəndlərinin hazırlanmasına gətirib çıxardı.
Bu mükafatın məbləği 1 milyon dollara yaxındır.

2023-cü ilin fizika üzrə Nobel qalibləri də bu həftə elan ediləcək.

Tibb və fiziologiya üzrə Nobel mükafatı 1901-ci ildə təsis edilib.

Aygün Musayeva