Azərbaycan Tibb Universitetin beş qrupunda tələbələr arasında koronavirus yayılıb.
Medicina.az xəbər verir ki, həmin qruplarda təhsil distant olaraq davam etdiriləcək.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a bildirib ki, bu həftə ərzində beş qrupda koronavirusa yoluxma qeydə alınıb:
“Qrupların hər birində bir tələbə COVID-19-a yoluxub. Dərslər distant formada davam etdiriləcək”.
Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.