Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb Universitetinin rektorunun 55 yaşı tamam oldu

  • 2022.06.29 15:51
  • 2128 Baxış
Tibb Universitetinin rektorunun 55 yaşı    tamam oldu

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin doğum günüdür.


Medicina.az xəbər verir ki, psixiatr, Əməkdar müəllim, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli 1967-ci il iyunun 29-da anadan olub.

1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.


1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.

Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.


60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.



2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.

G.Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Professor Gəray Gəraybəylini 55 yaşı münasibətilə Aztibb.az portalı adından təbrik edir, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirik!