Yeni təhsil ilində Azərbaycanali məktəblərində illik təhsil haqqının bu ildən daha artması və rekord rəqəmə çatması cəmiyyətdə müzakirə olunan məsələlərdəndir.
Azərbaycan Tibb Universitetində tələbatlı ixtisasların 4500- 4000 manata, rezidenturada ödənişli təhsilin 4000 manata çatdırılması da gələcəyin həkimi olmaq istəyən gəncləri çıxılmaz vəziyyətdə qoyub.
Mətbuatda bu cür təhsil haqlarının tələbə adını qazanmış gənclərin maddi vəziyyətinə uyğun olmadığı barədə fikirlər dərc olunmaqdadır.
Növbəti ildən ATU-da ödənişli təhsil haqqının daha da artırıb-artırılmayacağı hələ ki, məlum deyil.
Azərbaycan Tibb Universitetinə Səhiyyə Nazirliyinin birbaşa aiddiyatı olmasını nəzərə alıb, təhsil haqlarının bu qədər yüksəldilməsinin səbəbini sözügedən nazirlikdən öyrənmək istədik.
Səhiyyə Nazirliyinin mətbuat üzrə əməkdaşı
Medicina.az -a bildirdi ki, Tibb Universitetində təhsil haqlarının təyini Səhiyyə Nazirliyinin yox, Maliyyə Nazirliyinin səlahiyyəti daxilindədir.
" Səhiyyə Nazirliyi Tibb Universitetində illik təhsil haqqı və rezidenturada ödəniş qiymətlərini təyin etmir”.