Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb Universitetində təbili tibbi yardım kafedrası açıldı

  • 2023.09.15 17:10
  • 1303 Baxış
Tibb Universitetində təbili tibbi yardım   kafedrası açıldı

Sentyabrın 15-də Azərbaycan Tibb Universitetinin (ATU) yeni yaradılan Təcili tibb kafedrasında I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün ilk mühazirə keçirilib.


"Medicina" xəbər verir ki, , ilk mühazirəni kafedranın müdiri, dosent Nadir Zeynalovun təqdim edib.


N.Zeynalov bildirib ki, 2021-ci ilin dekabrında Böyük Elmi Şuranın qərarı ilə Təcili tibb kafedrasının təşkilinə hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, bu kafedranın yaranmasında Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin böyük xidməti olub. Belə ki, həmin nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi layihələrin istiqamətlərindən biri də təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi idi.