Azərbaycan Tibb Universitetində (ATU) koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb.
Medicina.az xəbər verir ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Azərbaycan Tibb Universitetində (ATU) də hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Universitetin 5 tədris binası, 4 tədris klinikası, 4 tələbə yataqxanası, 1 inzibati binası, idman kompleksi və Elmi-Tədqiqat Mərkəzi ikinci dəfə dezinfeksiya olunub, virus əleyhinə dərman səpilib.
Xatırladaq ki, ATU-da koronavirusa qarşı dezinfeksiya işləri hələ xəstəlik haqqında ilkin xəbərlər yayılmağa başlayanda aparılmışdı. Ümumiyyətlə, hər tədris ilinin əvvəlində universitetin bütün tədris korpusları və klinikaları virus əleyhinə dezinfeksiya olunur.