\
“Cəmiyyətimizdə hazırda müxtəlif şəkildə insanlar kortəbii şəkildə, həmin sahədə fəaliyyət göstərirlər. Bu da sonradan bizə müraciət edən xəstələrdə öz fəsadlarını göstərir”.
Medicina.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib.
Onun sözlərinə görə, bunun üçün artıq qabaqlayıcı tədbirlər görülməyə başlanılıb:
“Azərbaycan fizioterapiya və reabilitasiya Assosiasiyası yaradılması üçün ilk addımlar atılıb. Bundan sonra artıq fizioterapiya sahəsinə nəzarət daha asan olacaq. Tibbi savadı olmadan masaj və bu kimi terapiyalarla məşğul olan şəxslər barədə hüquq çərçivəsində tədbirlər görüləcək”.