Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Dəfn bürosuyla əməkdaşlıq edirmiş/FOTOTibb qardaşı xəstələri öldürdü, hər meyitdən 300 avro qazandı

  • 2017.12.28 12:46
  • 22511 Baxış
 - Dəfn bürosuyla əməkdaşlıq edirmiş/FOTO Tibb qardaşı xəstələri öldürdü, hər meyitdən 300 avro qazandı
İtaliyada film kimi cinayətin üstü açılıb. 


Medicina.az xəbər verir ki, Mərkəzi Təcili Yardım stansiyasında tibb sanitarı kimi çalışan 42 yaşlı David Qorafolanın şəhərin dəfn bürosunun sifarişi ilə xəstələri öldürdüyü məlum olub. 


Məlumata görə, David təcili yardımla gətirilən xəstənin inyeksiyasına hava vururmuş, xəstələr isə emboliyadan keçinirmiş. Xəstənin öldüyünü eşidib xəstənaya gələrək meyiti təhvil alan ailə üzvlərinə o, dərhal həmin dəfn bürosunun vizit kartını və xidmətlərini təklif edirmiş. Hər qurbana görə büro sanitar dəfn bürosundan 300 avro alırmış. 


Qeyd olunur ki, qatil qurbanlarını peşəkarlıqla seçirmiş. O daha çox yaşlı və sağalmaz xəstəliyi olan pasiyentlərə üstünlük verirmiş ki, onların ölümü ciddi araşdırmalara səbəb olmasın. 


Prokurorluğun açıqlamasına görə, 2013-2016-cı illər ərzində bu təcili yardım mərkəzində 50 ölüm faktı qeydə alınıb. Bunlardan hansında qatil tibb işçisinin əli olması aydınlaşdırılır. 


İddialara görə, sanitarla əməkdaşlıq edən dəfn bürosu Siciliya mafiyası ilə bağlıdır.

 

Aygün Musayeva


 


 

 - Dəfn bürosuyla əməkdaşlıq edirmiş/FOTO Tibb qardaşı xəstələri öldürdü, hər meyitdən 300 avro qazandı
 - Dəfn bürosuyla əməkdaşlıq edirmiş/FOTO Tibb qardaşı xəstələri öldürdü, hər meyitdən 300 avro qazandı