Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb müəssisəsinin müdiriyyəti və həkimi doğuş zamanı pasiyentlərin təhlükəsizliyinə şəxsən məsuliyyət daşıyacaq

  • 2019.09.09 15:20
  • 3336 Baxış
Tibb müəssisəsinin müdiriyyəti və həkimi doğuş zamanı pasiyentlərin təhlükəsizliyinə şəxsən məsuliyyət daşıyacaq
Azərbaycanda tibb müəssisəsinin müdiriyyəti və həkimi doğuş, hamiləlik zamanı pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaq. Medicina.az-ın məlumatına görə, bu, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində nəzərdə tutulur. Sənədin 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) qeyd edilir ki, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyi təmin edilməlidir. Tibb müəssisəsinin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar. Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasında müzakirə ediləcək.