Hər il lyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Medicina.az xəbər veriro ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin həkimlərin əməyinə verdiyi qiymət onlara göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edirik!
Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu bu günlə bağlı paylaşım edib.
Həmin videoçarxı təqdim edirik: