Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb işçilərinin maaşlarına əlavələr artırılacaq

  • 2021.06.16 17:52
  • 2039 Baxış
Tibb işçilərinin maaşlarına əlavələr artırılacaq


“Tibb işçilərinə verilən əmək haqqının ödəniş qaydaları mütəmadi olaraq yenilənir”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” mövzusunda çıxışında deyib.


Onun sözlərinə görə, kadrların daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır:

“Hazırda ölkə üzrə icbari tibbi sığorta sistemində çalışan tibb işçilərinə ödənilən əmək haqqı qaydalarının yeni layihəsi hazırlanır. Orda həkimlərə, tibb bacılarına və digər işçilərə əməkhaqqı verilməsi qaydalarında da yeniliklər var. Bu yeniliklərə əsasən tibb işçilərinə ödənilən bonus və əlavələr artırılacaq”.

K. Ələkbərov deyib ki, bu artım yeni sistemdə xəstəxanaların kateqoriyasına uyğun müəyyənləşir.