Analitik Eksperiza Mərkəzi 2017-ci ilin 09-10 iyun tarixində "Kadr resurslarının idarə olunması. Kadr işinin təşkili” adlı təlim təşkil edir. Təlimdə iştirak etmək üçün qeydiyyat 2017-ci ilin may ayının 22-dən iyun ayının 7-nə qədər Analitik Ekspertiza Mərkəzində aparılacaqdır. Təlimin keçirilməsi 09 iyun saat 15:00-18:00, 10 iyun saat 10:00-14:00 kimi nəzərdə tutulub. Təlimi Şərafət İsmayılova və Səbinə Mahmudova aparacaq.
Təlimdə iştirak etmək istəyən şəxslər və ya kollektivlər təlim haqqında əlavə məlumatları (+99412) 596-05-20 (daxili-112) və ya (+99450) 246-93-64 telefon nömrələrinə və ya
[email protected] elektron ünvanına müraciət etməklə əldə edə bilər. Təlimlər başa çatdıqdan sonra təlim iştirakçılarına sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak ödənişlidir.
"KADR RESURSLARININ İDARƏ OLUNMASI. KADR İŞİNİN TƏŞKİLİ” təliminin Gündəliyi
Təlimin mövsuzu
Təlim iştirakçılarının qeydiyyatı və tanışlıq
Özəl tibbi fəaliyyət ilə məşğul olan müəssislərində kadr işinin təşkili:
- Şəxsi işlərin tərkib hissələri
- Əmrlərin tərtibi qaydaları
- Əmək müqaviləsinin bağlanması əsasları və qaydası
- Əmək müqaviləsinə xitam verilməsinin qaydaları
- Məzuniyyət hüquqları
Özəl tibbi fəaliyyət ilə məşğul olan müəssislərində kadr işinin təşkili:
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində tibbi praktika ilə məşğul olması şərtləri və qaydaları
- Xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası
Elektron əmək müqaviləsi – bildirişlər
Həkim və orta tibb işçilərinin sertifikasiya qaydaları
Elektron sağlamlıq kartları - elektron müraciət
Özəl tibb müəssislərində çalışan tibb heyətinin Vahid Registrdə qeydiyyat qaydası
Həkim və orta tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilmə və sertifikasiya qaydaları – elektron müraciət