Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb ekspertindən xəbərdarlıq:"meyvələri alarkən ölçüsünə və dadına nəzarət edin"

  • 2019.05.21 10:53
  • 1761 Baxış
Tibb ekspertindən xəbərdarlıq: "meyvələri alarkən ölçüsünə və dadına nəzarət edin"

 

Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.
Medicina.az xəbər verir ki, bu sözləri  tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:
 

 

"Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.
Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur. Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil. Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir”. Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir: "Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil. Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur”. A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib: "Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz”.  (Axar.az)
Tibb ekspertindən xəbərdarlıq: "meyvələri alarkən ölçüsünə və dadına nəzarət edin"