Kazanda alkoqol asılılığından müalicə olunan kişi xəstə klinikadan qaçmaq və müalicədən yayınmaq üçün tibb bacısını girov götürüb.
"Medicina" xəbər verir ki, kişi palatradan bb bacısını tutub boğazına qələm qoyaraq, boğazı deşəcəyi ilə təhdid edib.
Hücum edən şəxs şöbə müdirinin maşını ilə getməyə razılaşsa da, reabilitasiya mərkəzinin əməkdaşını buraxmayıb.
Kişi ünvana çatanda polis onu saxlayıb və tibb bacısını xilas edib.
Aygün Musayeva