Pakistandakı doğum evlərinin birində yeni doğulan körpə oğurlayıb.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, əkiz körpələr dünyaya gətirən qadının uşaqlarından biri tibb bacısı tərəfindən oğurlanıb. Məlum olub ki, qadın onu uşağı olmayan qohumuna verib. Tibb bacısı ananın huşsuz olmasından istifadə edərək bu addımı atıb. Ana özünə gəldikdən sonra uşağının birinin öldüyünü deyiblər, o isə ölən uşağının harada olmasını görmək istəyib.
Qadının həyat yoldaşı dərhal polisə müraciət edib. Araşdırmalar başlanıb və tibb bacısının uşağı gizlədərək xalasına apardığı məlum olub.
Polis tibb işçisini, ona kömək edən iki həmkarını və xalasını həbs edib, uşaq isə anasına qaytarılıb.