İtaliyada Triyest şəhərində təqaüdçü Mariya Bolonya əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya 600 min avro vəsiyyət edib.
Medicina.az verir ki, Bolonya 2017-ci ildə 95 yaşında vəfat edib.
Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb.
Artıq planlaşdırılır ki, o pula tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır.
Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.