Sumqayıtda qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.
O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.
Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.