Moskvadakı doğum evlərindən birində tibb bacısı iş yerində özünə ölümcül dozada yuxugətirici vasitə qəbul edərək intihar edib.
Medicina.az-ın xəbərinə görə, 25 yaşlı qadının meyiti doğum evinin otaqlarından birində tapılıb. Meyitin yanından iki ampula "Propofol” – güclü yuxugətirici (bu, narkozda saxlamaq üçün istifadə olunur) götürülüb.
Onun 3 ay əvvəl anestezioloqun köməkçisi işinə başladığı bildirilir.
İntiharın səbəbi məlum deyil.