Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb bacısı faciəvi şəkildə öldü

  • 2019.05.14 13:13
  • 10184 Baxış
Tibb bacısı faciəvi şəkildə öldü
Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Medicina.az ONA-ya istinadən xəbər verir ki, "28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib. Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.