Şizofreniyadan əziyyət çəkən və yad cismləri udmaq kimi vərdişi olan xəstənin etdiyi hərəkət az qala onun həyatı bahasına başa gəlirmiş.
Medicina.az xəbər verir ki, amerikalı şəxs qusma və şiddətli qarın ağrısı ilə təcili xəstəxanaya çatdırılıb. Buna səbəb isə 49 yaşlı kişinin çaxmağı udması olub. O, təcili əməliyyata alınıb. Əməliyyat zamanı isə maye sızdıran alışqanın xəstənin mədəsində deşik açdığı məlum olub. İçindəki maye mədə astarını mədə asidindən ayıran mukusu deşib. Həkimlər alışqan udma faktının tibdə üçüncü, alışqanın mədədə maye sızdırmasının isə ilk hadisə olduğunu qeyd ediblər.
Çaxmaq götürülərək əməliyyat uğurla sonlandırılıb.