Əksər insan təzyiq xəstəliyindən əziyyət çəkir. Yüksəlməsi isə insanda diskomfort hissi yaradır.
Medicina.az-ın təqdim edəcəyi qidalar təzyiqinizi aşağı salaraq tənzimləməyə kömək edəcək:
1. İtburnu
C vitamini ilə zəngin olan itburnu damarları möhkəmləndirir, onların elastikliyini artırır, orqanizmə yüngül sidikqovucu təsir edir. Bu faydalı xüsusiyyətlərə görə itburnu təzyiqi aşağı salmağa yardım edir.
2. Çuğundur
Çuğundurun tərkibində olan maddələr insan orqanizminə düşdükdən sonra burada azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir ki, bu da arterial təzyiqi aşağı salır.
Çuğundur həmçinin qidalı liflərlə zəngindir. Bu liflər xolesterinin səviyyəsini aşağı salmaqla ürək və damarların sağlamlığını qoruyur.
3. Qatıq
Təzyiq yüksəlməsi zamanı qatıq içmək əla vasitədir. Qatığın içərisinə limon suyu da əlavə edərək içə bilərsiniz. Bununla da təzyiqiniz aşağı düşəcək.
4. Mərci
Son elmi araşdırmalar göstərib ki, mərcini tez-tez istehlak edən insanların damarları bərpa olunur, periferik qan dövranı yaxşılaşır. Bunlar isə arterial təzyiqi normalaşdırmağa kömək edir.