Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqinizi selfi edib ölçəcəksiz – Tonometrlər keçmişdə qalır

  • 2019.08.15 20:34
  • 5743 Baxış
Təzyiqinizi selfi edib ölçəcəksiz –  Tonometrlər keçmişdə qalır
Bundan sonra təzyiqi ölçmək üçün qola tonometr bağlamağa ehtiyac olmayacaq.


Medicina.az xəbər verir ki, Kanada alimləri transdermal optik vizualizə texnologiyası ilə yeni tətbiq hazırlayıb. Bu imkan verəcək ki, telefonda selfi etməklə arterial təzyiqi ölçəsiz. 


Mobil tətbiqi telefonunuza yükləyib, təzyiqi ölçmək üçün selfi kamera ilə kiçik video çəkirsiz. 


Kamera üzünüzdən çıxan qırmızı işıqları tutur. 30 saniyədə 900 görüntü alan proqram xüsusi alqoritmlə təzyiqi ölçür. Diaqnostikanın dəqiqliyi 95%-dir. 

Texnologiya artıq asiyalı və avropalı könüllülər üzərində sınaqdan keçirilib. 


Təzyiq ölçən tətbiq 2020-ci ildə çıxacaq.