Əgər oturan və ya qalxan zaman qısa müddətli də olsa başınız gicəllənirsə, bunun səbəbi təzyiq ola bilər. Təzyiqin düşməsinin bir çox səbəbləri var. Müalicəsinin doğru şəkildə aparılması üçün enmə səbəbini dəqiq müəyyən edilməlidir.
Medicina.az aşağı təzyiqin əlamətlərini qeyd edir:
Baş dönməsi
Ürəkgetmə (senkop)
Bulanıq görmə
Mədə bulantısı
Tərləmə
Tənginəfəslik
Yorğunluq
Depressiya
Susuzluq
Təzyiqin aşağı enməsinin bir çox səbəbləri ola bilər. Faktorlardan biri hamiləlikdir. Bu müddətdə qadınlarda qan dövranı sürətli getdiyindən təzyiq problemləri yaranır. Əksər zaman doğuşdan sonra təzyiq əvvəlki səviyyəsinə qayıdır.
Ürək xəstəlikləri də təzyiqin enməsinə səbəb ola bilər. Ürək qapaqlarının çalışmamağı təzyiqin düşməsinə səbəb yaradır.
Vücudun su itirməsi və susuz qalması təzyiqi endirən əsas faktorlardandır.
Orqanizmə infeksion düşdükdə və maddələr mübadiləsi düz getmədikdə də təzyiqdə problemlər yarana bilər.