Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqin və qanın düşməsi bu xərçəngdən - ola bilər

  • 2024.03.14 19:03
  • 913 Baxış
Təzyiqin və qanın düşməsi bu xərçəngdən    -  ola bilər

Qaraciyər xərçəngi bəzən elə simptomlar verir ki, xəstə başqa problemlərdən şübhələnir.


“Medicina” xəbər verir ki, onkoloq Kirill Aqapov təzyiqə fikir verməyi tövsiyə edib.


“50 yaşdan sonra daha çox kişilərdə qaraciyər olma riski artır. Adətən bu yaşlarda təzyiq yüksək olur. Əgər təzyiq aşağı düşürsə, buna görə pasiyent özünü narahat hiss edirsə, üstəlik analizdə anemiya görülürsə, qanı artırıb, təzyiqi qaldırmaq barədə yox, ciddi müayinə barədə düşünmək lazımdır.
Qaraciyər USM, KT vasitəsilə yoxlanmalıdır.


Əgər özünüzdə periodik olaraq bağırsaq pozulması, ürəkbulanma, arıqlama, zəiflik, qanazlığı görürsüzsə, qaraciyərinizi yoxladın.

Gözlərin, dərinin saralması, ağrı və ciddi əlamətlər artıq 2-3-cü mərhələdə olur, o mərhələni gözləməyin.

Əgər qaraciyər xərçəngi 1-ci dərəcədə aşkarlanarsa, xəstələr 5-7 il ömür sürə bilər”.


Aygün