Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqi yuxarı olanlar üçün yapon metodu: Nöqtəli masaj – Videoya bax, təzyiqi dərmansız sal

  • 2018.12.13 19:36
  • 36438 Baxış
Təzyiqi yuxarı olanlar üçün yapon metodu: Nöqtəli masaj –  Videoya bax, təzyiqi dərmansız sal
Hipertoniklər daim dərman atmalı, dieta gözləməli, müxtəlif metodlar sınamalıdır ki, ölüm riskini artıran yüksək təzyiqi qaydaya sala bilsinlər.

Yapon həkimləri isə deyir ki, yüksək təzyiqə cavabdeh olan nöqtələri gündəlik müntəzəm nöqtəli masaj etdikdə, dərmansız da təzyiqi normallaşdırmaq olar və bu metod hətta uzun illər yüksək təzyiqdən əziyyət çəkən xronik xəstələr üçün də effektivdir. 


Medicina.az həmin nöqtələri və masaj metodunu təqdim edir.


Akupressura – bioloji aktiv nöqtələrə barmaqların ucu ilə nöqtəli masaj etməkdir. 


Elmi olaraq sübut olunub ki, sistematik olaraq nöqtəli masaj nəinki hipertoniya, baş ağrısı və nevrozlarda, həmçinin rinit, bronxit, hipotnoya, hətta impotensiyada da effektiv müalicəvi təsir göstərir. 


Sizdən tələb olunan lazımi nöqtələri tapıb, o nöqtələrə düzgün və davamlı təsir etməkdir. 


Bu texnikanı mənimsəsəniz, istənilən yerdə, istənilən vaxt tətbiq edib, həkim və dərmandan tez özünüzə kömək edə bilərsiz. 

Ilk olaraq burunla dərindən, rahat bir nəfəs alıb verin. Əllərini bir-birinə sürt, istiləndir. Metoddan öncə təzyiqini ölç: əgər çox yüksəkdirsə masaj 15 dəqiqə davam etməlidir. 


Videoya baxaraq, həmin vacib nöqtələri tap və göstərildiyi kimi təkrarla. 


Hipertoniya üçün aktiv nöqtələr başda, çənə hissədə, biləkdə, ovucda və ayaqlardadır. Hər  nöqtə 2-3 dəqiqə masaj olunmalıdır. 

Videoda həkim nevroloq və akupunktura üzrə mütəxəssis Aleksey Mamatov aktiv nöqtələrin masajı barədə ətraflı məlumat verir.