Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqi olanlara isti duş və vanna olmaz

  • 2023.05.23 16:43
  • 2536 Baxış
Təzyiqi olanlara isti duş və vanna olmaz
İsti vanna və diş müəyyən müalicəvi və bədəni stimullaşdırıcı, rahatladıcı təsir göstərir.

Lakin adi isti duş bilindiyi qədər təhlükəsiz deyil.


“Medicina” xəbər verir ki, həkim – terapevt Anastasiya Menyaylovanın sözlərinə görə, isti vanna qəbul etmək damar pozğunluqlarında, hipotenziya xəstəliyində qadağandır.

Terapevt Menyailova sözlərinə görə, ürək və qan damarlarında problemi olan insanlar qəti isti vanna qəbul etməməlidirlər. Onlara hətta isti günəş altında hovuz və sauna da qadağandır.

Həmçinin, bu prosedur hipertoniya (aşağı qan təzyiqi) xəstələrinə təhlükəlidir.

“Yüksək temperaturun təsiri altında bədənin damarları genişlənir, bu da qan təzyiqinin azalmasına səbəb olur. Hipotenziya vəziyyətində, belə bir təsir huşun itməsinə səbəb ola bilər.

Yüksək hərarəti olan insanlar isti vanna qəbul etməməlidirlər. İsti hamam bədənin hərarətini daha da artıracaq, bu da daxili orqanlara, o cümlədən ürək və beyinə mənfi təsir göstərə bilər.

40 dərəcəyə qədər olan isti vannaları 5 dəqiqədən çox qəbul etməyin. 35 dərəcəyə qədər su ilə vannada 15 dəqiqəyə qədər qala bilərsiniz.

İsti vanna dəridə mikro çatların meydana gəlməsinə və həmçinin dərinin sürətli qocalmasına və qurumasına səbəb olur”.

Aygün Musayeva