Dietoloqlar Şennon Vestern və Anya Rozenin sözlərinə görə, çuğundur qan təzyiqini aşağı salır və bağırsaq sağlamlığını qorumağa kömək edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rozenin sözlərinə görə, çuğundur bağırsaq üçün faydalıdır, çünki onların tərkibində prebiyotik rolunu oynayan, həzm üçün faydalı olan bakteriyaların sayını və müxtəlifliyini artıran xüsusi liflər var.
“Tərkibində bağırsaqlarda qısa zəncirli yağ turşularının səviyyəsini artıran betalainlər və fenolik maddələr də var. Bu, iltihabı azaltmağa və immuniteti yaxşılaşdırmağa kömək edir", - o, əlavə edib.
Çuğundur antioksidantlarla zəngin olduğundan, onlar da potensial zərərli hüceyrələri zərərsizləşdirməyə və bədəndəki iltihabı azaltmağa kömək edir. Kök məhsulun tərkibində olan lif həzmi yaxşılaşdırır və orqanizmi təmizləməyə kömək edir.
Yekun olaraq dietoloqlar qeyd ediblər ki, çuğundurda nitratlar çoxdur, bu da koronar damarları genişləndirir və qan dövranını yaxşılaşdırır. Nitratlar da qan təzyiqini aşağı sala və əzələ fəaliyyətini artıra bilər. Çuğundur suyu bunun üçün xüsusilə faydalıdır.
“Məlum olub ki, çuğundur suyu içənlərin təzyiqi normallaşıb. Bu, çuğundurun tərkibindəki nitratlarla bağlıdır. Üstəlik, bu təsir kök məhsulunun və ya onun şirəsinin müntəzəm olaraq istifadəsini dayandırdıqdan sonra üç aya qədər davam edir”, - Vestern vurğualyıb.