Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür – Kardioloqlardan məsləhət

  • 2020.02.15 19:36
  • 5760 Baxış
Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür –  Kardioloqlardan məsləhət

Bunun üçün dərmana belə gərək yoxdur.

Almaniya Ürək fondunun kardioloqu Martin Holle bildirib ki, yüksək təzyiqi çox vaxt dərmansız da nəzarətə almaq mümkündür.

Kardioloq yüksək təzyiqin 3 əsas səbəbini izah edib: fiziki hərəkətsizlik, pis qidalanma və artıq çəki.

Ona görə gün ərzində təzyiqi stabil saxlamaq üçün 15 dəqiqə təmiz havada gəzmək mütləqdir. Kim gündə 15-20 dəqiqə sadəcə piyada gəzsə onun təzyiqi sütun üzrə 5-8 mm düşəcək.

Eləcə də çörək, ağır ət məhsulları, ağ un, kolbasa, şirniyyat azalmalıdır.
Təzyiq qalxanda ürək əzələsi daha gərgin işləyir və sıradan çıxır.

Təzyiq xəstəsinin hazırkı çəkisindən ən azı 3-5 kq arıqlaması da təzyiqi 5-7 mm azaldır.
Əgər bu 3 dəyişikliyi etsəz, insult və infarktın qarşısını 50% ala bilərsiz