Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiqdən, xolesterindən əziyyət çəkənlər - Bu qarışımdan gündə 3 dəfə...

  • 2018.06.13 12:20
  • 19209 Baxış
Təzyiqdən, xolesterindən əziyyət çəkənlər -  Bu qarışımdan gündə 3 dəfə...
Limon, sarımsaq, zəncəfil ayrılıqda olduğu kimi birləşdiyi zaman da bir çox dərdin dəvası ola bilər.

 

Medicina.az xəbər verir ki, bu qarışımdan köpü, yüksək təzyiqi olanlar, yüksək xolestrindən əziyyət çəkənlər, ürək damarlarında trombları olanlar istifadə edə bilərlər.


Lazım olanlar:



- Limon – 25 ədəd


- Yerli sarımsaq – 3 kq


- Təzə Zəncəfil – 2 kq


İlk olaraq sarımsaq, zəncəfil soyulur, limon isə qabıqlı formada qalır. Hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlədilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu qarışım güclü bir antioksidant mənbəyidir. İnsana xoş əhval-ruhiyyə gətirir. C vitamini mənbəyidir.

 

Qeyd edək ki, bu qarışımdan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Qarışım beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır. Aşağı təzyiqdən əziyyət çəkənlər içərisinə bal qataraq qəbul edə bilərlər.

 

Təzyiqdən, xolesterindən əziyyət çəkənlər -  Bu qarışımdan gündə 3 dəfə...