Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiq xəstəsi olduğunuzun 8 sübutu!

  • 2019.01.30 09:50
  • 8740 Baxış
Təzyiq xəstəsi olduğunuzun 8 sübutu!

Bir çox insan bilmədiyi halda təzyiq xəstəsidir. Ən böyük problem də bu xəstəliyin dəqiq əlamətlərinin olmamasıdır. Buan görə də təzyiq tez-tez ölçülməli və nəzarətdə saxlanmalıdır.

 


Təzyiq yüksək olduqda ürək daha sürətli işləyir. Beləliklə də damarlarda sürətlə hərəkət edən qan damarların hüceyrələrinə zərər verir. Bu isə zamanla damarların divarlarının nazikləşməsinə və zədələnməsinə səbəb olur. 


Yüksək qan təzyiqinin dəqiq əlamətləri yoxdur. Ancak təqyiq xəstələrinin əziyyət çəkdikləri bəzi ortaq əlamətlər mövcuddur.


Medicina.az sizə təzyiq xəstəsi olduğunuzun 8 əlamətini təqdim edir. 



1) Burundan qan axması 


Burun qanamaları əslində təhlükəli deyil. Burunda olan kapilyarlar qanama üçün uyğundur. Bir çox hallarda burun qanaması yüksək təzyiq səbəbindən meydana çıxır. 


2) Xroniki yorğunluq 


Yüksək təzyiqin digər əlamətlərindən biri də baş ağrısı və ümumi yorğunluqdur. Özünüzü həmişə yorğun hiss edirsinizsə onda həkimə müraciət etməlisiniz. Bu təzyiq xəstəliynin əlaməti ola bilər.

 

3) Baş ağrısı

 

Yüksək təzyiq xəstələrinin başları çox tez-tez ağrıyır. Ağrılar şiddətli olmasa da dalga kimi müşahidə edilir. 


4) Artıq çəki

 

Piylənmə də yüksək təzyiqi tətikləyir. Artıq çəkili insanların təzyiqlərinin yüksək olması təbiidir.

 

5) Nəfəs darlığı 


Həddən artıq yorgunluq, nəfəs darlığı və baş ağrıları yüksək təzyiqin xəbərçisi ola bilər. Nəfəs darlığınız varsa  o zaman həkimə müraciət edin. 


6) Şiddətli xoruldama 


Bəzi araşdırmalar nəticəsində yüksək təzyiq ilə yuxu apnoesi arasında bağlılığın olduğu məlum olub. Buna görə də xoruldadığınızı hiss edən kimi təzyiqini yoxlayın. 


7)Gözlərin qızarması   


Diqbet və yüksək təzyiq xəstələrində tez-tez gözlərin qızarması müşahidə edilir. 


8) Baş gicəllənməsi 


Baş gicəllənməsi də yüksək təzyiq əlamətidir. Yataqdan və ya oturduğunuz yerdən ayağa durarkəın vaşınız fırlanırsa on da təzyiq xəstəsi ola bilərsiniz. 


Arzu

Medicina.az