Yeni il hipertoniklər üçün əsl sınaq ərəfəsi olur. Çünki onlar rejimlərindən çıxır və normadan çox yemək, içki qəbul edirlər.
“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya təzyiq xəstələri üçün təhlükəli Yeni il qidalarını açıqlayıb.
“Süfrədə olan duzlu, ədviyyatlı məzələr, kolbasa, hisə verilmiş qidalar, pendir, turşu, sular bədəndə mayeni tutub saxlayır.
Bu isə damarlara təzyiqi artırır və təzyiq yüksəlir. Təzyiq xəstələri marinad olunmuş qidalar, içində xiyar, turşu olan salatlar, kolbasa, pendirdən imtina etməlidir. Onlar duzsuz qidalar seçməlidir. Evdə 2 təzyiq xəstəsi varsa, masadan duzqabı götürülməli, yeməklərə duz vurulmamalıdır.
Duz əvəzi limon şirəsi, alma sirkəsi, sarımsaqlı sous vura bilərsiz.
Kolbasada olan qlutamat natrium böyrəkləri yükləyir və bədəndən mayenin süzülməsini çətinləşdirir.
Eləcə də təzyiq çox yeməkdən, alkoqoldan, heyvani qidalardan da qalxa bilər.
Təzyiqi olanlara şampan, şirin çaxır, qazlı limonadlar olmaz.
Şampan və bəzi şərablar təzyiqi qəfil anidən qaldırır. Bu isə hipertonik kriz deməkdir.
Şampan əvəzinə quru çaxır seçin, doza 2 qədəh”.
Aygün Musayeva