Gözdə maye toplanması qlaukomaya və görmənin itirilməsinə səbəb olur. Əgər bu xəstəliyi vaxtında müalicə etməsəz, tam korluqla nəticələnir.
"Medicina" xəbər verir ki, erkən yaşda diabet və təzyiq xəstəliyi qlaukomanı tətikləyə bilir.
Tədqiqatlar göstərib ki, diabet xəstələrində qlaukoma daha çox rast gəlinir.
Hazırda tibdə qlaukomanın müalicəsi üçün bütün imkanlar yoxdur, amma tez müalicə başladıqda görməni uzun müddət saxlamaq mümkündür.
Qlaukoma zamanı gözdaxili təzyiq yüksəlir. Arterial təzyiqlə bunun birbaşa təsiri var.
Təəssüf ki, qlaukoma erkən mərhələdə heç bir simptom vermir. Ona görə ildə bir dəfə yoxlanmaq vacibdir.
Xəstəliyin artıq inkişafı zamanı bu siqnallar olur:
- Gözlərdə intensiv ağrı
- Ürəkbulanma
- Qırmızı gözlər
- Baş ağrısı
- Dumanlı görmə
- Gözün içində alovlu halqa kimi görüntülər
Aygün Musayeva