Qan təzyiqi sağ, yoxsa sol qolda ölçülməlidir?
Sağlamlığın düzgün qiymətləndirilməsi üçün qan təzyiqinin dəqiq ölçülməsi böyük əhəmiyyət kəsb edir.
Ancaq qan təzyiqini ölçərkən nəzərə alınmalı bir çox amil var və bunlardan biri ölçmənin hansı qoldan alınmasıdır.
Qan təzyiqi adətən sol qolda ölçülür, çünki ürəyə daha yaxın olduğu üçün daha dəqiq olduğu düşünülür. Ancaq bu, düzgün deyil.
İlk ölçmə
Əgər qan təzyiqi ilk dəfə ölçülürsə, hər iki qolda da ölçülməlidir. Fərq varsa, daha yüksək olan qol əsas götürülməli və sonrakı ölçülər həmin qoldan aparılmalıdır.
Rutin ölçmələr
Ümumiyyətlə sol qola üstünlük verilir, lakin bəzi insanlarda sağ qoldan daha yüksək göstərə bilər. Buna görə fərdi qiymətləndirmə vacibdir.
Qol fərqi
Əgər iki qol arasında böyük fərq varsa, bu o deməkdir ki, qan dövranı sistemində problem var və həkimə müraciət edilməlidir.
Xülasə;
- İlk ölçüdə hər iki qol.
- Daha sonra yuxarı nəticə göstərən qol seçilməlidir.
- Adətən sol qoldan yoxlanılır, ancaq insana görə dəyişə bilər.
Aygün
Medicina.az