Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təzyiq dərmanını səhərlər içməyin – Alimlərdən yeni QADAĞA

  • 2019.09.25 14:59
  • 7409 Baxış
Təzyiq dərmanını səhərlər içməyin –  Alimlərdən yeni QADAĞA
Arterial təzyiqi salmaq üçün təyin edilən inqibitor APF və beta blokatorları səhərlər yox, axçam yatmazdan əvvəl içmək daha düzgündür.


Medicina.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xronoterapiya üzrə Məktəbinin mütəxəssisləri bildirib. Onlar bunu onunla əsaslandırır ki, insanın bioloji saatı fizioloji prosesləri tənzimləyir. Orqanizmin aktiv və istirahətdə olduğu dövr var. Bəzi yanlış saatlarda qəbul edilən dərmanlar heç bir təsir etmir, əksinə orqanizm onu qəbullanmır. Dərmanlar bədənin bioloji ritminə uyğun qəbul edilməlidir. Çox həkimlər isə bunu bilmir və ya bilərəkdən pozur. Məsələn, təzyiq xəstələrinə tövsiyyə olunan təzyiq dərmanları heç bir effekt verməyəcək. 


Səhərlər bədən ritminə uyğun olaraq, təzyiq təbii olaraq yüksəlir, bunun nəticəsidir ki, insan oyanır və işə hazır olur. Əgər təzyiq xəstəsi gecə yatmazdan əvvəl dərmanını qəbul etsə, dərman gecə boyu qan dövranına düşüb, səhərə yaxın təzyiqin pik həddə çatmasının qarşısını alacaq. 


Eləcə də mədə şirəsini tənzimləyən proton pompa inqibitorları da axşam saat 6-dan sonra qəbul olunmalıdır, nəinki səhər tezdən.