"Ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tezliklə pandemiyanın başa çatdığını elan edəcək".
Medicina.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə il əvvəl pandemiyanın başladığını elan etdiyi kimi, tezliklə onun başa çatdığını elan edəcək”.
Səhiyyə naziri əlavə edib ki, hazırda virusla bağlı Gürcüstanda tətbiq edilən yeganə məhdudiyyət qapalı məkanlarda tibbi maskanın istifadəsidir və bu qaydanın ləğvi üçün digər ölkələlərdəki addımlar müşahidə edilir. Nazir qaydanın ləğvinin hələki nəzərədən keçirilmədiyini vurğulayıb.